Tez-tez verilən suallar


Pulu hesabımdan necə çıxara bilərəm?

Ödəniş etmək üçün səhifənin yuxarısındakı “Ödəniş” tab-vərəqəsinə (sağdan 4-cü tab-vərəqə) kliklə və “ödəniş istəyi” düyməsinə basın. Sizdən soruşulan bütün şəxsi və bank məlumatlarını təmin etməklə məlumatları tam şəkildə doldurun. Təsdiq et, daha sonra isə formanı çap et düymələrinə basın. Qələmlə imzalayın və withdrawals@XForex.com ünvanına göndərin ki, istəyinizi həyata keçirə bilək.

Nəzərə almanızı xahiş edirik ki, vəsaitlərin debit kartınıza göndərildiyi hallarda belə bank məlumatlarınızı daxil etməlisiniz, çünki blank heç nədən asılı olmayaraq tam şəkildə doldurulmalıdır. Blankı doldurarkən yalnız rəqəm və hərflərdən istifadə edin. Simvollardan və ya valyuta işarələrindən istifadə etməyin. Sadəcə heç bir simvol daxil olmadan “bütün rəqəmlər” rəqəmlərdən istifadə edin.

Bankınız swift/IBAN kodlaşdırma sistemindən istifadə etmədiyi təqdirdə həmin xanaya filial nömrəsini yenidən daxil edin (yalnız bankınızın faktiki olaraq swift kodu olmadığı halda, lakin çox bankda belə kod mövcuddur) Bu məlumatlar üçün bankınızla əlaqə saxlamanızı tövsiyə edirik.

Nəzərə almanızı xahiş edirik ki, ödəmələr yalnız sənədləriniz təqdim və təsdiq edildiyi təqdirdə həyata keçirilir. Bizə hələ göndərmədiyiniz sənəd qaldığı hallarda ödəməni etmək mümkün deyildir.

Ödəmələr haqqında əlavə məlumat almaq və Ödəmələr FAQ səhifəsinə baxmaq üçün buraya klikləyin

Ödəməni başqa yolla almaq istəsəniz :cs@XForex.com e-poçt ünvanına yazmanızı xahiş edirik. Nümayəndəmizin tez bir zamanda sizinlə əlaqə saxlaması və istəyinizi müzakirə etməsi üçün adınızı, hesab nömrənizi və nə etmək istədiyinizi yazmanızı xahiş edirik.

Yuxarıya qayıt
Burada olmayan bir sualım yarandığı zaman nə etməliyəm?

Bizimlə əlaqə saxlamaqdan çəkinməməyinizi xahiş edirik və biz sizə kömək etməyə şad olacağıq.

Yuxarıya qayıt
Digər Forex brokerləri ilə müqayisədə XForexin üstünlükləri nələrdir?

Komissiya tutulmur

XForex yeni əməliyyatların açılması üçün heç bir ödəniş tələb etmir. XForexin gəliri yalnız alqı-satqı kursu arasındakı fərqdən asılı olduğu üçün ticarət bazarında sizin müvəffəqiyyətinizi təmin etməkdə maraqlıyıq – buna görə də treyder kimi investisiyalarınızdan gəlir əldə etməniz üçün sizi bütün vasitələrlə təmin edirik

XForex ofisləri hər növ suallarınızı cavablandırmaq və yardım etmək məqsədi ilə bazar günü gecədən Cümə günü gecəyə kimi günün 24 saatı, həftənin 5.5 günü açıqdır.

Rahat İnterfeys

Bizim qabaqcıl proqram təminatı mütəxəssislərimiz istifadəçiyə rahat olan ticarət platforması hazırlamışlar. Sadəcə olaraq brauzerinizi açın, (Explorer, Mozilla Firefox və s.) sayta daxil olun, hesabınıza daxil olun - hər hansı bir proqram təminatı yükləmənizə və quraşdırmanıza ehtiyac yoxdur, platformaya dünyanın istənilən yerində kompüterinizdən daxil ola bilərsiniz. Sizə lazım olan tək şey internet bağlantısıdır – evdə, evdən kənarda hətta xaricdə olduğunuzda belə ticarətlə məşğul olun.

Real vaxtlı Hesab yeniləmələri

Treyderlər öz hesablarında hər şeyə real vaxtda nəzarət edə bilərlər. Buraya hesab balansı, açıq əməliyyatların balansı, mümkün marjalar və riskin xalis həcmi daxildir. Real vaxtlı nəzarət treyderlərə öz portfellərini düzgün idarə etmək üçün ona tam nəzarət etmək imkanı verir.

Kredit kart ödəmələri

XForex öz müştərilərinə kredit kartı vasitəsilə hesablarına təsirli və təhlükəsiz şəkildə pul yükləmək və pul çıxartmaq imkanı yaradır. Ödəmələr SSL ilə mühafizə olunan servedən istifadə etməklə həyata keçirilir və yüksək səviyyədə şifrlənmiş formatda göndərilir, və artıq lazımsız olduğu zaman serverimizdən silinir. Bu sizə sürətli, təsirli və təhlükəsiz şəkildə ticarətlə məşğul olmaq imkanı yaradır.

Təhlükəsiz ticarət

XForex ticarət platforması internetdə məlumat mühafizəsi sahəsində ən yüksək standartlarına cavab verir. Bizim təhlükəsizlik üzrə mütəxəssislərimiz internetdə ən təhlükəsiz virtual sahəni təmin etmək üçün bir çox işlər görüblər. Bizim serverdə SSL protokolundan istifadə olunur, sizin şəxsi məlumatlarınız tam şifrlənmiş formatda saxlanır və artıq lazım olmadığı zaman serverimizdən silinirlər. XForex beynəlxalq valyuta bazarını tam təhlükəsiz və mühafizə olunan ticarət mühitinə daşıyır və treyderlərə inamla ticarət etmək imkanı yaradır.

Yuxarıya qayıt
Avtomatik Premium və Əməliyyatın Etibarlılığı nə deməkdir?

Avtomatik premium sərmayəçilər və ticarətçilərə mövqeləri istədikləri zaman bağlayanadək açıq qoymaq imkanı verir.
Ticarətçi yeni mövqe açdıqda, defolt bitmə tarixi qurulur.
Etibarlı tarixin (server vaxtı) sonunda açıq mövqelər avtomatik olaraq növbəti etibarlı tarixədək uzadılır və iki iş günü əlavə edilir. Premium cəlb edilmiş valyuta cütlərindən asılıdır. Sərmayəçi mövqenin iki valyutası arasındakı premium fərqdən asılı olaraq xal qazana və ya itirə bilər.

Yuxarıya qayıt
Forex Bazarında ticarət saatları hansılardır?

CFD ticarəti bazar günü saat 22:00 GMT (21:00 DST) başlayır və cümə günü saat 22:00 GMT (21:00 DST) qədər davam edir.

Zəhmət olmasa, nəzərə alın ki, gündəlik fasilələri olan maliyyə alətləri vardır. Read more....

Yuxarıya qayıt
Sistem texniki səbəblərə görə işləmədiyi və vebsayta daxil ola bilmədiyim zaman nə edim?

Heç bir texniki nasazlığın sizin açıq ticarətinizə müdaxilə etməsinə imkan verməyin.

(Nəzərə almanızı xahiş edirik ki, bizim diler otağımız bazar sessiyaları zamanı əməliyyatları əllə açıb bağlamaqda sizə kömək etmək məqsədi ilə günün 24 saatı açıqdır. Bizim telefon nömrəmizi telefonunuza və ya hər hansı başqa bir yerə yazıb saxlamanızı xahiş edirik).

Bizim telefon nömrəmizi Bizimlə Əlaqə səhifəsindən əldə edə bilərsiniz. Onlayn operatorlarımız da ticarət sessiyaları zamanı günün 24 saatı işləyirlər.

Yuxarıya qayıt
Ticarət diqramlarına necə baxa bilərəm?

Ticarət diaqramlarına baxmaq üçün səhifənizin yuxarısında “alətlər” tab-vərəqəsinə (sağdan 7-ci tab-vərəqə) klikləyin. Nəzərə almanızı xahiş edirik ki, diaqramlara baxa bilmək üçün kompüterinizə ‘java’ (www.java.com) quraşdırılmalıdır. Java proqram təminatının n son versiyasını buradan yükləyə bilərsiniz. Nəzərə almanızı xahiş edirik ki, diaqramlarda göstərilən valyuta kursları yalnız göstərmə məqsədləri üçündür və ticarət kurslarından fərqli ola bilər. Valyutanın növünü dəyişdirmək üçün səhifənin yuxarısında “Vasitələr” tab-vərəqəsinə (sağdan 2-ci tab-vərəqə) klikləyin və istədiyiniz valyutanı seçin.

Diaqramlarda göstərilən valyuta kursları yalnız göstərmə məqsədləri üçündür və ticarət kurslarından fərqli ola bilər.

(Digər brauzerlər bu diaqramlardan istifadənizə mane ola biləcəyi üçün İnternet explorer brauzerindən istifadə etmənizi tövsiyə edirik).

Yuxarıya qayıt
Mən hesabıma yenidən daxil olmaq istədim, Hesab İstifadədir yazısı gəlir?

Bu o deməkdir ki, daha əvvəl hesabınızdan düzgün şəkildə çıxmamısınız, buna görə də bir neçə saniyə gözləyib daha sonra hesaba yenidən daxil olmanızı xahiş edirik.

Yuxarıya qayıt
İstifadəçi adımı və şifrəmi daxil etdim, lakin hesabıma daxil ola bilmədim. Nə etməliyəm?

İstifadəçi adı və/və ya şifrəni yanlış daxil etdiyiniz zaman bu problem baş verə bilər. Şifrə rəqəmlər və latın əlifbasının hərflərindən ibarət olmalıdır. İstifadəçi adının və ya şifrənin yanlış daxil edilməsi zamanı aşağıdakı xəta mesajını alacaqsınız: * Daxil etdiyiniz istifadəçi adı və ya şifrə yanlışdır.

Yuxarıya qayıt
Şifrəmi itirmişəm/unutmuşam. Nə edə bilərəm?

Şifrənizi bərpa etmək üçün ana səhifənin hesaba daxil olma hissəsində “şifrəmi unutmuşam” linkinə klikləyin (Nəzərə almanızı xahiş edirik ki, yeni şifrəniz təhlükəsizliyiniz baxımından avtomatik olaraq e-poçt ünvanına göndəriləcəkdir.).

və ya sizə yardım etməmiz üçün telefon və ya çat xidməti vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Yuxarıya qayıt
Qeyri-aktiv Hesab Haqqı nədir?

Qeyri-aktiv hesab haqqı 5 ABŞ dollarıdır və qeyri-aktiv olanb XForec hesabı üçün hesablanmışdır. 3 ay ərzində heç bir alqı-satqı əməliyyatı aparılmadıqda hesab qeyri-aktiv hesab edilir. Hesab haqqı, hətta xidmətdən istifadə edilmədiyi halda belə, xidmətin təmin edilməsi zamanı yaranan xərclərin silinməsi üçün hesablanır. Qeyri-aktiv hesab haqqı hesab yenidən aktivləşdirilənədək və ya iddia edilməyən mülkiyyət kimi müvafiq vəziyyətə gətirilməyənədək aylıq qaydada hesablanır. Qeyri-aktiv hesab haqqı ödəməmək üçün, zəhmət olmasa, hər üç ay ərzində ən azı bir əməliyyat keçirin.

Yuxarıya qayıt
Platformanı mühafizə etmək üçün hansı təhlükəsizlik tədbirləri görülür?

Məlumatların Mühafizəsi Sistemi bir neçə mühafizə qatından ibarətdir:

  • SSL və məlumatın şifrlənməsi.
  • Qoruyucu divar və ümumi server mühafizəsi.
  • İstifadəçi identifikasiyası (Əsilliyi yoxlama və Səlahiyyətvermə).
  • Müştəri kodu mühafizəsi (CASPOL).
    (məs., ödəmələr, şifrələr və s).
Yuxarıya qayıt
Mən hesabıma depozit qoymaq istədim, lakin xəta mesajı və rəqəmli kod aldım. Bu nə deməkdir?

Kart məlumatlarınızı bizim sistemə daxil etdiyiniz zaman həddindən artıq diqqətli olmağınızı xahiş edirik, çünki sadə bir səhv depozitinizə təsir edə bilər. Bir çox hallarda depozit problemləri bankınızın debit və ya bank kartlarınıza qoyduğu məhdudiyyətlərdən irəli gəlir, buna görə də bankınızla əlaqə saxlayıb kartınızın üzərində hər hansı bir məhdudiyyət olub-olmadığını dəqiqləşdirin.

Kartınızla bağlı məlumatları sistemimizə səhv daxil etmisinizsə, sizitemimizdə kart məlumatlarınızı dərhal yeniləyin (‘parametrlər > ‘ödəmə vasitələri’).

Yuxarıya qayıt
Hesab açmaq üçün tələb olunan minimal məbləğ nə qədərdir?

Bizim internet əsaslı platformamızda 100 ABŞ dolları qədər az bir məbləğlə hesab aça bilərsiniz. Treyderlər üçün 1:400-ə kimi kredit çiyini mümkündür.

Yuxarıya qayıt
Pip nədir?

Pip Forex kotirovkasının ən kiçik rəqəmidir. Bu söz “Xallar” sözü ilə bir-birini əvəz edə biləcək şəkildə istifadə olunur.

Əgər EUR/USD 1.3300 1.3301 ilə dəyişirsə = 1 pip dəyişir

Yuxarıya qayıt
Şikayətimi necə bildirə bilərəm?

Hər hansı bir səbəbdən dolayı xidmətlərimizdən narazısınızsa və şikayətinizi bildirmək isəyirsinizsə şikayət blankını doldurmaq üçün dəstək səhifəsinə gedin, blankı doldurun və ünvanına göndərin compliance@xforex.com. Şikayətlər şöbəsinin əməkdaşı iddianızı qəbul edəcək və 3 iş günü ərzində sizin şikayətinizi cavablandıracaq.

Bilmənizi istərdik ki, sizin şikayətiniz müştərilərə texniki dəstək xidmətimiz vasitəsilə əvvəlcədən həll oluna bilməz (Müştərilərə texniki dəstək xidməti ilə Canı Çat və ya E-poçt vasitəilə əlaqə saxlaya bilərsiniz).

Yuxarıya qayıt
Hesabıma necə pul qoya bilərəm?

Hesabınıza pul qoymağın iki yolu var:

  1. Bank köçürməsi
  2. Kredit kartı

Hər ikisini bizim onlayn plaformamızdan etmək mümkündür.

Biz kredit kartı şirkətindən təsdiq mesajı alan kimi bütün pul köçürmələrini həyata keçiririk. Kredit kartı ilə hesaba pul qoymaq virtual cəhətdən anidir, bununla belə hər hansı gecikmələrin qarşısını almaq üçün kredit kartınızın nüsxəsini göndərməniz lazımdır.


Hesabınızı təsdiq etdiyinizdən əmin olmanızı xahiş edirik. Tələb olunan sənədlər:

  1. Etibarlı identifikasiya vəsiqəsinin foto-surəti (passport və ya sürücülük vəsiqəsinin surıti ola bilər)
  2. Ünvanın təsdiqi (ən son elektrik və ya telefon qəbzinin surəti ola bilər. Son 3 ay ərzində gəlmiş qəbzlər olmalıdır)
  3. Depozit əməliyyatını həyata keçirdiyiniz kartın surəti. Təhlükəli olduğu üçün sizdən kartın tam surətini göndərməyinizi gözləmirik. Lakin kartın ilk 12 rəqəmini bağlı saxlayaraq çıxarılmış surətini göndərmək 100% təhlükəsiz olduğu üçün sizin belə etmənizi gözləyirik (bizim yalnız son 4 rəqəmi görə biləcəyimiz şəkildə). Həmçinin kartın arxa tərəfindəki CVC nömrənin də üzərini örtün (bizim yalnız imza sətrini görə biləcəyimiz şəkildə).

Nəzərə almanızı xahiş edirik ki, sizin hesabınızla bağlı sənədləri aldıqdan və təsdiq etdikdən sonra yeni kartdan istifadə etməyə başlasanız, bizə dərhal yeni kartın surətini göndərməlisiniz.

Yuxarıya qayıt