İtkilərin dayandırılması (Stop-Loss) siyasəti

Mənfəət götürmə (Take Profit)

Valyuta kursu münasib istiqamətə dəyişərsə, çıxışı təyin etmək üçün Mənfəət Götürmədən istifadə edilir. Əgər siz valyuta cütünün qiymətinin spesifik bir səviyyəyə qalxacağına və ya düşəcəyinə inanırsınızsa, ancaq bundan sonra nə olacağını bilmirsinizsə, bu zaman valyuta kursu həmin mövqeyə çatdığı zaman Mənfəət Götürmə Əmrinin qoyuluşu ticarətinizi bağlayacaq.

Məsələn:

Əgər siz Avronu 1.3300 alsanız və bu qiymətin qalxmasını gözləsəniz, onu 1.3350-ə satmaq üçün mənfəət götürmə əmrini təmin edə bilərsiniz. Bazar 1.3350-ə çatdığı zaman sizin Mənfəət Götürmə Əmriniz icra olunur və əməliyyat bağlanır.

İtkinin dayandırılması (Stop-Loss) Əmri

İtkinin Dayandırılması Əmri treyderlərə risklərini müəyyən etdikləri və müvafiq olaraq ticarətləri üçün kompensasiya ödədikləri zaman ticarət itkisi üçün çıxış nöqtəsi təmin etməyə imkan verir. Bu, bazar mövqeyi aşağı düşdüyü zaman itirəcəklərindən daha çox itki verməmələrini təmin etməklə, treyderlər üçün müdafiə səviyyəsini əlavə edir. *

Məsələn:

Əgər siz Avronu 1.3300-ə alsanız və qiymətin düşməyini gözləsəniz, onu 1.3250-ə satmaq üçün İtkinin Dayandırılması Əmrini təmin edə bilərsiniz. Bazar dəyəri 1.3250-ə çatdığı zaman, sizin İtkinin Dayandırılması Əmriniz icra olunur və əməliyyat bağlanır.

Limit Əmrləri (Limit Orders)

Əvvəlcədən müəyyən edilmiş kursda simvol almaq və ya satmaq məqsədilə sifarişlə əməliyyat açmaq üçün Limit Əmrlərindən istifadə edilir. Limit Əmrləri dedikdə növünə görə treyderin bazar dəyərindən daha yaxşı qiymətə alqı-satqı etmək istəyi nəzərdə tutulur.

Məsələn:

EUR/USD kursu 1.33-dür. Əgər qiymət satınalma üçün münasib olduğu zaman treyder EUR/USD almaq istəyirsə, onlar EUR/USD-nı 1.32-ə almaq üçün hədd qoya bilərlər.

Əvvəlcədən müəyyən edilmiş kursda simvol almaq və ya satmaq məqsədilə pozisiya açmaq üçün Stop-Məhdud Əmrdən istifadə edilir. Stop-məhdud Əmr dedikdə növünə görə treyderin bazar dəyərindən daha aşağı qiymətə alqı-satqı etmək istəyi nəzərdə tutulur.

Məsələn:

EUR/USD kursu 1.33-dür. Əgər qiymət satınalma üçün az münasib olduğu zaman treyder EUR/USD almaq istəyirsə, onlar EUR/USD-ni 1.34-ə almaq üçün hədd qoya bilərlər.

Şərti Əmr (If Done Order)

Bazar xüsusi mövqeyə çatanda və xüsusi satınalma və ya satış həyata keçirildikdə Limit Əmri (Limir order) və ya Stop Əmr (Stop order) açmaq üçün Şərti Əmrdən istifadə edilir. Bu baş verərsə, Şərti Əmr seçiminizə uyğun valyuta kursu üçün gələcək hədləri müəyyən edir.

Məsələn:

Bazar kursu 1.3300-dır. Əgər bazar kursu 13200 olarsa, alış üçün Limit Əmri qoyulur. Əgər Avro alışı 1.3200 kursu ilə həyata keçirilərsə, 1.3100 kurs ilə İtkinin dayandırılması Əmri və 1.3300 kurs ilə Mənfəət Götürmə Əmri vermək üçün Şərti Əmr təmin edilə bilər.

*Kursun intensiv dəyişkənliyi olduğu halda, İtkinin Dayandırılması Əmri İtkinin Dayandırılma Məhdudiyyətini keçən treyder üçün mümkün olan ən yaxşı kursda icra olunacaq. Bu bazar saatlarında və ya bazarın həmin məhsul və ya valyuta kursu üçün bağlı olduğu müddətdə baş verə bilər. Belə vəziyyətlərdə sifariş icra zamanı ən yaxın mümkün bazar kursunda həyata keçiriləcək. Əmr/Limit əmrin həmin kursda icra olunacağına təminat vermir.