Ödəmə prosesi

Ödəniş etmək üçün hesabınıza daxil olduqdan sonra səhifənin yuxarısındakı “Ödəniş” tab-vərəqəsinə kliklə və “ödəniş istəyi” düyməsinə basın. Sizdən soruşulan bütün şəxsi və bank məlumatlarını təmin etməklə məlumatları tam şəkildə doldurun. Təsdiq et, daha sonra isə formanı çap et düymələrinə basın. Qələmlə imzalayın və withdrawals@XForex.com, ünvanına göndərin ki, istəyinizi həyata keçirə bilək.

Blankı yalnız rəqəm və hərflərdən istifadə etməklə doldurmanızı xahiş edirik. Sadəcə heç bir simvol daxil olmadan “bütün rəqəmlər” rəqəmlərdən istifadə edin.

Bankınız swift/IBAN kodlaşdırma sistemindən istifadə etmədiyi təqdirdə həmin xanaya filial nömrəsini yenidən daxil edin (yalnız bankınızın faktiki olaraq swift kodu olmadığı halda, lakin çox bankda belə kod mövcuddur). Bu məlumatlar üçün bankınızla əlaqə saxlamanızı tövsiyə edirik.

Nəzərə almanızı xahiş edirik ki, ödəmələr yalnız sənədləriniz təsdiq edildiyi təqdirdə həyata keçirilir. Bizə hələ göndərmədiyiniz sənəd qaldığı hallarda ödəməni etmək mümkün deyildir.

Sizin ödəmələriniz depozitlərin edilməsi ilə eyni üsulla həyata keçirilir. Depoziti kredit kartı ilə həyata keçirdiyi təqdirdə ilkin depozit məbləği həmin kredit kartına geri qaytarılacaqdır. Bütün digər qazanclar isə bank yolu ilə göndəriləcək. Depozit bank yolu ilə göndərildiyi halda isə bütün qazanc ödəməniz sizə bank yolu ilə göndəriləcək.

Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunlara əsasən bütün ödəmələr sizin ticarət hesabınızla eyni hüquqi ada malik kredit kartları və bank hesablarına göndərilməlidir.

Kredit kartından istifadə edərək necə ödəmə əməliyyatı edə bilərəm?
Kredit kartı vasitəsi ilə ödəmə apardığınız zaman aşağıdakılardan əmin olmalısınız:

  • Ödəmə edəcəyiniz kredit kartı depozit qoyduğunuz kartdır.
  • Ödəmə etmək istədiyiniz məbləğ depozit qoyduğunuz məbləğə bərabərdir və ya ondan azdır. Sizin gəlirinizi təşkil edən bütün əlavə məbləğlər bank yolu ilə ödənilməlidir.
  • Tələb olunan bütün sənədləri, o cümlədən əlavə sənədləri təqdim etmisiniz və onlar təsdiq ediliblər.

Bank yolu ilə ödəməni necə həyata keçirə bilərəm?
Bank yolu ilə ödəmə aparmaq üçün sadəcə ticarət hesabınıza daxil olun və platformanızda Alətlər panelinin yuxarı hissəsində yerləşən Ödəmə İstəyi vab-vərəqəsinə klikləyin və sonrakı sorğulara əməl edin. Tələb olunan məlumatları daxil etdikdən sonra onu imzalamalı və açılmış pəncərədə göstərildiyi şəkildə bizə göndərməlisiniz. Ödəmənizin statusunu yoxlamaq üçün səhifənin yuxarısındakı “ödəmə” tab-vərəqəsinə daha sonra isə “ödəmə statusu” başlığına klikləyin.

Ödəmə statusu ilə bağlı hər hansı bir probleminiz yaranarsa operatorlarımız ticarət sessiyaları müddətində 24 saat işləyirlər.

Mənim gözləmədə olan ödənişim nə üçün rədd edildi?
Ödəniş blankınızın rədd edilməsinin bir çox səbəbi ola bilər:

  • Bu sənədlərinizin hələ də təsdiq edilmədiyi və hələ də sizin sənədlərinizi gözləməkdə olduğumuz üçün ola bilər. Buna görə də bizə lazım olan bütün sənədləri göndərdiyinizi dəqiqləşdirmənizi xahiş edirik. Bu sənədlərin siyahısını Təsdiqləmə səhifəsindən əldə edə bilərsiniz.
  • Bu göndərdiyiniz blankı imzalamadığınız üçün ola bilər. Virtual imzalar qəbul edilmədiyi üçün blankı qələmlə imzalamanızı xahiş edirik.
  • Bu bizə tam blankı və ya blankın əslini göndərmədiyiniz üçün ola bilər. Blankın bir hissəsini deyil, tam şəkildə bizə göndərdiyinizdən əmin olmanızı xahiş edirik. Bizə blankın üzərində şirkətimizin loqosu əks olunan tam şəkildə doldurulmuş əsli lazımdır.
  • Bu bizə üzərində köhnə tarix əks olunmuş köhnə blank göndərdiyiniz üçün ola bilər. Ödəmə blankınızın üzərində ödəməni istədiyiniz tarixlə eni tarixin əks olunduğunu dəqiqləşdirmənizi xahiş edirik.

Sizin səhvlərinizə görə biz cavabdeh olmadığımız üçün blanka daxil etdiyiniz məlumatların düzgünlüyünü dəqiqləşdirmənizi xahiş edirik.

Hesabınızın təsdiq olunma statusunu yoxlamaq üçün günün 24 saatı, həftənin 5.5 günü operatorlarımızla əlaqə saxlaya bilərsiniz.